Sabah bu rayonda su olmayacaq

15:02 - 24 May 2023 - GÜNDƏM

 Sabah bu rayonda su olmayacaq

Sabah Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol