Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, agentliyin rəhbər heyəti və əməkdaşlarının iştirak etdiyi tədbirdə, əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Agentliyin rəisi Nicat Əliyev və digər çıxış edənlər müstəqil dövlətimizin qurulması və tərəqqisində Heydər Əliyevin tarixi rolundan, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş bəxş edən Ulu Öndərin mənalı həyat və fəaliyyətindən bəhs ediblər.
Çıxışlarda respublikamızın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün nüfuzlu beynəlxalq təşkilat olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması xüsusi vurğulanıb. Qeyd edilib ki, bu uğurlu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilir və ölkəmiz milli və regional layihələrdə fəal iştirak edir.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Həmçinin, “Heydər Əliyev İli” çərçivəsində Agentliyin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar. Agentliyin əməkdaşlarına Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqda geniş məlumat verilib.
- Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Bakıda güclü yağış: FHN tədbirlər həyata keçirir
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- WUF13 başladı - Fotolar
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu