ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində irəliləyiş var:
“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün görüşüb”, - o diqqətə çatdırıb.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Hoqanın sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub.
O qeyd edib ki, ötən həftə hansı sahələrdə irəli gedə biləcəyimizi anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək.
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar
- Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Bakıda güclü yağış: FHN tədbirlər həyata keçirir
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- WUF13 başladı - Fotolar
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək