Onları siçovul kimi məhv etmək lazımdır - Medvedyev

00:16 - 24 May 2023 - GÜNDƏM

 Onları siçovul kimi məhv etmək lazımdır - Medvedyev

Belqorod vilayətinə daxil olan ukraynalı diversantları əsir götürmək olmaz, bu zalımları siçovul kimi məhv etmək lazımdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Bu alçaqlara gəldikdə - başqa cür adlandıra bilmərəm: onları müxtəlif yollarla xarakterizə edə bilərsiniz. Yeganə sual onlarla nə etməkdir. Sadəcə onları siçovullar kimi məhv etmək və hətta əsir götürməmək lazımdır", - Medvedyev vurğulayıb.

Ukraynanın Kiyevin Belqorod vilayətinə hücumda iştirak etməməsi ilə bağlı verdiyi açıqlamanı Medvedyev yalan adlandırıb:

“Kiyev rejimi onlara və onun xaricdəki sponsorlarına cavabdehdir. Yəni Vaşinqton və AB ölkələri, İngiltərə kimi dövlətlər və onlara qoşulmuş digər dövlətlərlə birlikdə... Bu, onların birbaşa məsuliyyətidir".

Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə Qrayvoron şəhərini ələ keçiriblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol