Ermənistan Baş naziri Nikol Paşinyanın əsas tənqidçilərindən olan keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazirlə yanaşı, Azərbaycanı və beynəlxalq aləmi bu sözlərlə hədələyib: “Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Oskanyan və onun kimi düşünənlər bununla ermənilərin uzaq və yaxın keçmişdə olduğu kimi yenidən azərbaycanlılara arxadan zərbə vurmalı olduğunu demək istəyirlər:
“Bizim də Oskanyan kimilərə mesajımız bu olmalıdır ki, uzaq və yaxın tarixdən dərs çıxarmışıq, mümkün sülh sazişinə rəğmən, qonşumuzun kimliyini bilərək, əlimiz hər zaman tətikdə olacaq”.
- Toya hazırlaşanların diqqətinə - Video
- Bu yolda hərəkət bərpa olundu - AAYDA
- Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd – Vəliyev
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü