Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.
BUTA.TV xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar
- Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Bakıda güclü yağış: FHN tədbirlər həyata keçirir
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- WUF13 başladı - Fotolar
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək