Azərbaycan şəhəri boşaldıla bilər - Kələntəri

17:28 - 23 May 2023 - GÜNDƏM

 Azərbaycan şəhəri boşaldıla bilər - Kələntəri

Urmiya gölünün quruması nəticəsində Təbriz şəhəri tamamilə boşaldıla, əhali məcburi olaraq başqa bölgələrə köçürülə bilər.

BUTA.TV xəbər verir ki, bunu İranın Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri deyib.

Onun sözlərinə görə, gölün quruması və duz fırtınalarının şiddətlənməsi bölgədə ekoloji fəlakətin yaşanması, yaşayış yerlərinin boşalması ilə nəticələnə bilər:

“Duz fırtınaları başladıqdan sonra 10 il müddətindən artıq bölgədə yaşamaq mümkün olmayacaq. Belə olduqda Təbriz tamamilə köçürülməlidir və bunun üçün lazım olan vəsait dövlətin imkanlarından xaricdir”.

O bildirib ki, duz fırtınaları azı 400 kilometr radiusu əhatə edəcək. Belə olan təqdirdə azı 4 milyon sakin bölgədən köçürülməlidir.

Qeyd edək ki, ətraf mühit mütəxəssisləri duz fırtınalarının başlayacağı təqdirdə İranın şimal-qərbində 14 milyon insanın həyatının təhlükəyə düşəcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol