8 kəndin qaytarılması mətndə var idi - Xaçatryan

16:34 - 23 May 2023 - GÜNDƏM

 8 kəndin qaytarılması mətndə var idi - Xaçatryan

Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilməsinə qarşı çıxmışdım.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəis müavini Tiran Xaçatryan deyib.

“Baş Qərargahın o vaxtkı rəhbərində bəyanatın ilkin variantını gördüm, sənəddə anklavlarla bağlı bəndlər var idi. Heyrətə gəldim. Baş Qərargah rəisindən soruşdum ki, atəşkəsin anklavlara nə dəxli var? Onunla qısa müzakirəmiz oldu. Daha sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O məndən əlaqədə qalmağımı istədi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı”, - Xaçatryan bildirib.

Onun sözlərinə görə, ermənilərin Qubadlı və Laçındakı mövqelərini verməmək də təklif olunmuşdu:

“Bizim üçün sərfəli sərhədlərimiz var idi. Əvəzində isə biz Azərbaycan tərəfinə Dağlıq Qarabağın onların nəzarətində olan əraziləri saxlayacaqdıq. Amma təklifimiz qəbul olunmadı”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol