Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.
Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər:
“Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”.
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...