Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsraildə keçirilən “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” mövzusunda konfransda çıxış edib.
BUTA.TV xəbər verir ki, Herzliya şəhərində keçirilən konfransda çıxışı zamanı nazir müavini strateji xarakter daşıyan Azərbaycan-İsrail əlaqələrindən bəhs edib.
Sabah F.Rzayev həmçinin Təl-Əviv Universitetində İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə çıxış edəcək.
Məlumata görə, tədbirdə İkinci Qarabağ müharibəsinin nəticələri, eləcə də Azərbaycan ilə İsrail arasında əməkdaşlığın və strateji tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
Tədbirdə həmçinin Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq və Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin direktoru doktor Brendon Fridman da iştirak edəcək.
- Bu ərazidə 3 saat işıq olmayacaq
- İndiyədək 73 ölkənin 2309 vətəndaşı İrandan təxliyə edildi
- Bu müəllimlər maaşdan əlavə 500 manat alacaqlar
- İlbər Ortaylının Azərbaycan haqda sözləri...
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...