Ermənistan nizamlanmanın heç bir istiqamətində praktiki nəticələr əldə etmək üçün real istək nümayiş etdirmir.
BUTA.TV xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
“Moskva görüşlərinin arxasında danışıqların növbəti raundu dayanır və başqa heç nə. İrəvan tərəfdən xoşməramlılıq göstərilsəydi, hər şey tez, problemsiz, qısa müddətdə həll oluna bilərdi. Ancaq bu yoxdur və bəzi rəngarəng ümidlərə qapılmamalıyıq. Yaxşı bilirik ki, tam nizamlanmaya və tamhüquqlu sülh müqaviləsinə nail olmaq üçün hələ çox iş görülməlidir. Təəssüf ki, çox güman, proses Ermənistanın növbəti təxribatçı şıltaqlığı olmadan keçməyəcək. Üstəlik, Ermənistan dayanmadan Qərbə meylini getdikcə daha çox nümayiş etdirir. Görünən odur ki, Paşinyan əvvəlcə konstruktiv bəyanatlar verir, sonra isə dərhal cavabını hansısa qeyd-şərtlə rəngləndirir. Erməni baş nazir öz ampluasındadır, faktlarla, rəqəmlərlə, şəraitlə sərbəst hoqqa çıxarır”, - Korotçenko bildirib.
Onun sözlərinə görə, Paşinyanın KTMT və Rusiya əleyhinə bəyanatları Moskvaya qarşı hərbi-siyasi şantajdır:
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
“Ermənistan ən yaxın tarixi perspektivdə ən azı Rusiyaya dost olmayan, bəlkə də düşmən ölkə olacaq. Paşinyan və İrəvanın Moskvaya “Məni bağışlayın, əlvida” deməsi zaman məsələsidir”.
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar
- Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Bakıda güclü yağış: FHN tədbirlər həyata keçirir
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- WUF13 başladı - Fotolar
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək