Nazirlik əməkdaşına atəş açan şəxsə cinayət işi başladı

12:14 - 23 May 2023 - GÜNDƏM

 Nazirlik əməkdaşına atəş açan şəxsə cinayət işi başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşına odlu silahdan atəş açmaqda şübhəli bilinən şəxsə cinayət işi açılıb.

Bu barədə BUTA.TV-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol