Ekstremal havaya görə 2 milyondan çox insan həlak olub

01:36 - 23 May 2023 - GÜNDƏM

 Ekstremal havaya görə 2 milyondan çox insan həlak olub

Son 50 il ərzində texnogen qlobal istiləşmənin nəticəsində baş verən ekstremal hava hadisələri 2 milyondan çox insanın həlak olması və iqtisadiyyatda 4,3 trilyon dollar itki ilə nəticələnib.

BUTA.TV xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib.

ÜMT-nin məlumatına görə, hava, iqlim və su ilə bağlı təhlükələr 1970-2021-ci illər arasında 12 minə yaxın təbii fəlakətə səbəb olub. İqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrdə hər 10 ölümdən 9-u baş verib, eyni zamanda, iqlim şokları və ekstremal hava şəraiti nəticəsində iqtisadi itkilərin 60 faizi də onların payına düşüb.

ÜMT bildirib ki, ən az inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarının ölçüsü ilə əlaqədar olaraq təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına “qeyri-mütənasib” yüksək xərc çəkiblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol