Cənubi Koreyanın Ukraynaya hərbi yardımla bağlı təklif edəcəyi bir çox şey var. Bu ölkə sursatdan daha çoxunu təmin edə bilər.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko bildirib.
“Cənubi Koreya 152 kalibrli sursatların əsas istehsalçılarından biridir, lakin onlar artilleriyada, ilk növbədə özüyeriyən artilleriya qurğularında da güclü həcm potensialına malikdir", - o deyib.
Kovalenko xatırladıb ki, Cənubi Koreya da postsovet silahlarının müəyyən diapazonundan istifadə edib:
"Digər şeylər arasında ölkədə T-80 tankları, zirehli transportyorlar və piyadaların döyüş maşınları var. Və bu avadanlığın miqdarı az olsa da, Cənubi Koreya belə bir addım ata bilər".
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
- Sabah bu şəhərdə qaz olmayacaq
- Bakıya narkotik daşımaq istədi, saxlanıldı – Anbaan video
- Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto
- Putin azərbaycanlı alimi təltif etdi - Foto
- Bakıda tıxaca qarşı 3 mühüm strateji layihə - Belə olacaq