İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, məktubda qeyd olunur:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
***
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - məktubda bildirilib.
- İsmayıllıda 6 otaqlı ev yandı
- Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
- 7 universitetimiz dünyanın ən yaxşılarının reytinqində - Foto
- Bakıda 17 yaşlı oğlan evində ölü tapıldı
- İranda daha bir general öldürüldü - Foto
- Bakıda 61 yaşlı kişi küçədə öldü
- Biləsuvarda ağır qəza: 4 nəfər yaralandı
- Yol polisi sürücü və piyadalara müraciət etdi