Sülh sazişinin iki maddəsi razılaşdırılıb - Mirzoyan

17:08 - 22 May 2023 - GÜNDƏM

 Sülh sazişinin iki maddəsi razılaşdırılıb - Mirzoyan

Ermənistan və Azərbaycan Vaşinqtonda keçirilən dördgünlük görüşdə sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gələ biliblər.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Vaşinqtonda da müəyyən irəliləyiş əldə olundu, xüsusən də sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı, biz qalan maddələr haqqında səmimi danışa bildik. Qeyd edim ki, belə danışıqlar zamanı tərəflər bir-birini daha yaxşı başa düşürlər”, - Mirzoyan bildirib.

Nazir qeyd edib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik Ermənistan üçün vacibdir:

“Azərbaycan və Ermənistan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində münasibətlərin nizamlanmasına yaxındır”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol