Güneyli xanəndə: Bakıdan qələbə ilə ayrılırıq

13:20 - 22 May 2023 - GÜNDƏM

 Güneyli xanəndə: Bakıdan qələbə ilə ayrılırıq

13-cü Beynəlxalq Uşaq Muğam Festivalından qələbə ilə ayrılırıq. Tələbəm Sağlar Purmöhsini 2-ci yer, Möhsün Kərimi isə həvəsləndirici diplomla təltif olundu.

Bu sözləri Kult.az-a güneyli xanəndə Məcid Əsri Bakıda keçirilən Uşaq Muğam Festivalının nəticələri haqqında danışarkən deyib.

O bildirib ki, müsabiqə iştirakçıları güclü rəqiblər idi:

“Sağlar “Osmani”, Möhsün isə “Heyratı” muğamını ifa etdi. Müsabiqə yüksək səviyyədə keçirildi. Tarzən Ağasəlim Abdullayevin sədrliyi ilə 7 ölkədən olan münsiflər heyəti iştirakçıların ifasını qiymətləndirdi. Nəticələrdən çox şadıq, uşaqlar sevinirlər. Müsabiqədən razı qaldıq. Şəraitimiz də əla idi. İsti qarşılanma və obyektiv yarışma - bir sözlə, hər şey gözəl təşkil olulnmuşdu”.

Məcid Əsri qələbə qazanan digər yarış istirakçıları haqqında da danışıb:

“Qran-prini Azərbaycan Respublikasından olan iştirakçı qazandı. Birinci yer Türkmənistan və Türkiyə, ikinci yeri biz və Özbəkistan tutduq. Üçüncü qalib isə Qırğızıstan və Özbəkistandan olan ifaçılar idi”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol