Türkiyə daxili işlər naziri Süleyman Soylu İsveç hökumətini ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib. Onun sözlərinə görə, Stokholm seçki komissiyasına və müşahidəçilərə təzyiq göstərən birliyə sponsorluq edir.
BUTA.TV xəbər verir ki, nazirin bildirdiyinə görə, “Oy və Ötesi” adlı birlik seçki qutularında müşahidə prosesində iştirak edə bilməz, çünki təmsilçiləri insanlara təzyiq göstərməyə çalışırlar və bu yolverilməzdir.
“Onların içəri daxil olub, seçki məntəqələrində səs verən insanlara təzyiq göstərməsi seçki qanunvericiliyinə ziddir. Polisə təzyiq edib deyirlər ki, biz bu sandıqlarla gedəcəyik. İsveç dövləti bu “Oy ve Ötesi” assosiasiyasını maliyyələşdirir, pul göndərir. Niyə? Türkiyədə seçkilərə müdaxilə edib qarışdırmaq üçün. Bu, çox aydındır”, – deyə nazir bildirib.
- Laçına güclü qar yağdı - Video
- Bakıda, yağış altında, yolun ortasında rəqs edən qız - Video
- Merin müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi
- Bakıda hasar maşınların üzərinə aşdı - Video
- Yağış Bakıda bu klinikanı yararsız hala saldı - Video
- DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video
- 15 ağac kəsildi: cinayət işi açıldı
- Sumqayıtda kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışır