GünAz TV-nin rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.
BUTA.TV xəbər verir ki, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.
Əhməd Obalıya yaxın mənbələrdən Musavat.com-a verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
“Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım”.
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar
- “Həmin görüntülər həqiqəti əks etdirmir” - Video
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar
- Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM