Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
- Prezident niyə “yanvarın sonundan” dedi?
- Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ
- Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir
- Rusiya Azərbaycandan alır, amma Ermənistan…
- Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi
- Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!
- Maskdan Zelenskiyə: Bütün zamanların çempionu...