Fransanın RTL telekanalı Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı uğursuz zarafatına görə qalmaqala düşüb, Ukrayna onların üzr istəməsini tələb edir.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko Tvitter səhifəsində yazıb.
Səfir sözügedən kanalda yayımlanan verilişlərdən birindən bir parça dərc edib. Aparıcı Prezident Zelenskinin Yelisey sarayına “öz sirki” ilə gəldiyini deyib. Proqramda Zelenskinin avropalı siyasətçilərlə görüşləri “Ukraynaya kömək etmək üçün” sirk tamaşasının reklamı kimi səsləndirilir.
“Bu rüsvayçılıq və nəzakətsizlikdir, dost fransız xalqına xas deyil. Empatiya, məsuliyyət yoxdur. Mən prezidentimdən, öz azadlığı uğrunda mübarizə aparan və əziyyət çəkən Ukrayna xalqından üzr istəmənizi tələb edirəm”, - Omelçenko qeyd edib.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar