AB Gürcüstan hakimiyyətinin Rusiya ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüflənir.
BUTA.TV xəbər verir ki, bunu Brüsseldə İttifaqın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.
“Rusiyanın hava nəqliyyatına qoyulan qadağanın aradan qaldırılması qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan reysləri bərpa etmək qərarından təəssüflənirik. AB və bir sıra tərəfdaşlar Rusiyaya sanksiyalar tətbiq edib, aviasiya sektorunda Rusiyaya, Rusiyadan və Rusiya hava məkanından uçuşlara icazə vermirik. Gürcüstan hakimiyyətinin bu son qərarı Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır”, - o bildirib.
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN