Milli Məclisin xüsusi iclası başlayıb.
BUTA.TV xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.
Tədbirdə iştirak edən xarici nümayəndələrin sayı 228 nəfərdir.
Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?