Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onun idarə etdiyi VAZ-21011 markalı avtomobilə keçirilən baxış zamanı oradan AKS-74U markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elan Bayramov olduğu müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ulacalı kənd sakini Asif Cəfərov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?