Belçika Ermənistan və Moldovada səfirlik açacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Belçika xarici işlər naziri Haca Lahbib qərar imzalayıb.
“Moldova neytral ölkədir, lakin NATO ilə tərəfdaşlıq proqramı var və Avro-Atlantik tərəfdaşlığı gücləndirmək istəyir. Bundan əlavə, respublikada Rusiyanın təsiri altında olan Dnestryanıda dondurulmuş münaqişə var. Bütün bunlar ölkədə daha fəal iş aparılmasının zəruriliyini diktə edir. Ermənistana gəlincə, burada baş verən geosiyasi proseslər yerində diqqət tələb edir”, - qərarda deyilir.
Həmçinin bildirilib ki, Belçika Ermənistandakı AB missiyasını dəstəkləyir və münaqişə tərəflərinə yardım göstərmək niyyətindədir.
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar