Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəliləməsi hələlik əks-hücum deyil, lakin bu, yaxşı irəliləyişdir.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi eksperti İvan Stupak bildirib.
“Onlar ikinci raundda yenidən başladılar, çünki ötən il olduğu kimi, mayın 9-na kimi müddət var idi. Digər ərazilərlə bağlı tarixləri müəyyən etmək üçün sadəcə olaraq keçənilki məlumatlarla tanış olmaq lazımdır. Baxmayaraq ki, bu il əməliyyatın miqyası əvvəl olduğundan daha kiçikdir", - ekspert vurğulayıb.
Ekspertin fikrincə, Ukrayna qoşunlarının irəliləyişinin yaxşı perspektivi var:
"Bu kiçik bir irəliləyişdir, bu hələ əks-hücum deyil, lakin perspektiv artıq kifayət qədər yaxşı və çox maraqlıdır. 3 kilometr enində 2,5 kilometr dərinliyə getmək çox yaxşı irəliləyişdir. Bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri şəhərin böyük, ciddi hissəsini geri aldı".
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto