İki pilotsuz təyyarə Belqorod vilayətinə hücum etməyə cəhd edib, biri Rusiya hərbçiləri tərəfindən məhv edilib, ikincisi elektrik xəttinə çırpılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Shot Teleqram” kanalı məlumat yayıb.
“Birinci dronun elektron döyüş sistemləri ilə qarşısı alınıb. Sonra Spodaryuşino kəndi üzərində kiçik silahla vurulub. Digəri isə Olxovatka kəndinin Molodejnaya küçəsi yaxınlığında elektrik xəttinə çırpılıb. Partlayan pilotsuz təyyarənin qalıqları yerli feldşer-mama məntəqəsinə, iki yaşayış binasına, poçt binasına və Mədəniyyət Evinə ziyan vurub. Bununla belə, itki olmayıb”, - məlumatda deyilir.
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar