Məşhur sosial şəbəkə platforması Linkedn tələbin azalması səbəbindən 716 iş yerini ixtisar edəcək və Çində iş axtarışı proqramını bağlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"20 000 işçisi olan LinkedIn, keçən il ərzində rüblük gəlirini artırıb. Lakin bu platforma da qlobal iqtisadi vəziyyətin pisləşdiyi bir şəraitdə işçilərini ixtisar etmək üçün ana şirkəti (Microsoft) daxil olmaqla, digər böyük texnologiya şirkətlərinə qoşulur.
LinkedInin baş direktoru Rayan Roslanski işçilərə ünvanladığı məktubda satış, əməliyyatlar və dəstək sahələrində vəzifələrdə ixtisarların şirkətin fəaliyyətini tənzimləmək məqsədi daşıdığını və qərarların daha sürətli qəbul edilməsinə kömək edəcəyini bildirib", - məlumatda deyilir.
Qeyd edək ki, LinkedIn reklam satmaqla pul qazanır və həmçinin potensial müştərilər yaratmaq üçün şəbəkədən istifadə edən işə götürənlərə və satış işçilərinə abunə haqqı alır.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar