Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub.
BUTA.TV xəbər verir ki, 36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb.
Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi.
Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar