Plzendə "Qarabağ"a qalib gəldiyimiz və Çempionlar Liqasının qrupuna vəsiqə qazandığımız gün heç vaxt yadımdan çıxmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri "Viktoriya"nın (Plzen, Çexiya) prezidenti Adolf Şadek Çempionlar Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a qalib gələrək (2:1) qrupa adladıqları matçdan danışarkən deyib.
"Həmin gün qızım dünyaya gəldi. Həmin an düşündüm ki, axşamkı oyunda da bir yüksəliş olmalıdır. Komandamız isə hər şeyi maksimum səviyyədə etdi", - Şadek bildirib.
Qeyd edək ki, ÇL-in 2022-2023 mövsümünün Bakıdakı ilk pley-off matçında qolsuz heç-heçə qeydə alınıb. Cavab oyununda isə "Viktoriya" 2:1 hesablı qələbə qazanıb.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar