Rumıniyada mayın 8-dən 18-dək Xüsusi Əməliyyat Qüvvələrinin “Junction Strike 2023” (Just 23) irimiqyaslı təlimləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimlərə 500 rumıniyalı hərbçi, həmçinin 100 ədəd quru, hava və dəniz döyüş texnikası cəlb olunacaq.
Bu genişmiqyaslı təlimin əsas məqsədi NATO-nun üç hərbi qolu - Xüsusi Əməliyyat Qüvvələrinin dəniz qrupunun, Xüsusi Əməliyyat Qüvvələrinin quru qrupunun və Hərbi Hava Qüvvələrinin helikopterlərlə xüsusi əməliyyat bölmələrinin sertifikatlaşdırılmasıdır.
Təlimlərdə Xüsusi Əməliyyat Qüvvələrinin rumıniyalı döyüşçüləri ilə birlikdə Bolqarıstan, İspaniya, Polşa, Portuqaliya və ABŞ kimi müttəfiq ölkələrdən 100-ə yaxın hərbçi iştirak edir.
Təlimlərdə Gürcüstan, İordaniya və Moldova kimi tərəfdaş ölkələrin hərbçiləri müşahidəçi qismində iştirak edəcəklər.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar