Bu gün oğlan uşaqlarını həqiqi hərbi xidmətdən yayındırmaq üçün ailələr əllərindən gələn hər şeyi edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni aktyor Qrant Toxatyan 3-cü Ordu Korpusunun keçmiş komandiri, külli miqdarda daşınmaz əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) görə cinayət məsuliyyətinə cəlb edilən general-mayor Qriqori Xaçaturovun (KTMT-nin Baş katibi olmuş Yuri Xaçaturovun oğlu) məhkəmə prosesinin önündəki aksiyada mediaya deyib.
O bildirib ki, əvvəllər də ordudan yayınma halları olub, amma nadir hallarda:
“Bu gün isə gənclər ümumiyyətlə orduda xidmət etmək istəmirlər. Söhbət çoxluqdan gedir, təbii ki, hər zaman hazır olan vətənpərvərlər var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə çağırışçılar olmayacaq”.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar