Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, qanunsuz tikinti-quraşdırma işləri Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkarlanıb.
Belə ki, aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılıb və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinəriayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələblərinəuyğun olaraq yanacaqdoldurma məntəqələrindən zəruri ara məsafəsi saxlanılmadan özbaşına tikinti-quraşdırma işlərinə başlanılması müəyyən edilib.
Bununla bağlı İcra Hakimiyyəti Komitə ilə birgə ərazidə aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və qanunsuz tikilinin sökülməsi təmin edilib.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar