“Ölümsüz alay”ın yürüşü təhlükəsizlik tədbirləri çərçivəsində təxirə salınıb.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, birbaşa yürüş təşkilatçıları tərəfindən verilən qərardır: Onların bu addımı tamamilə başadüşüləndir. Biz defakto terroru himayə edən dövlətə qarşı fəaliyyət göstəririk. Belə vəziyyətdə ehtiyat tədbirləri görmək daha yaxşıdır”.
Qeyd edək ki, “Ölməz alay” Böyük Vətən Müharibəsi qurbanlarının və iştirakçılarının xatirəsinə həsr olunmuş ümumrusiya hərəkatıdır. Hər il Qələbə Günündə Böyük Vətən Müharibəsi iştirakçıları, yeraltı müqavimət hərəkatının döyüşçülərinin, cəbhəçilər və başqalarının iştirakı ilə yürüş keçirilir.
Müasir formada hərəkatın təşəbbüsü 2011-ci ildə Tomskda jurnalistlər Sergey Lapenkov, Sergey Kolotovkin və İqor Dmitriyev tərəfindən qoyulub. Bir neçə il ərzində hərəkətlərin coğrafiyası, o cümlədən Rusiyadan kənarda köklü şəkildə genişlənib. 2014-cü ildə yürüş 7, 2016-cı ildə 50-dən çox ölkədə keçirilib. 2020 və 2021-ci illərdə pandemiya ilə əlaqədar keçirilməyib.
Bu yürüş keçmiş SSRİ və Rusiyanın qüdrətinin simvollarından sayılır.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar