Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkədə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələrinin, eləcə də hərbi attaşelərin mayın 6-da Naxçıvan şəhərinə gediblər. Bu məqsədlə Bakıdan və Ankaradan Naxçıvana xüsusi çarter reysləri təşkil olunub.
BUTA.TV xəbər verir ki, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və ölkəmizdəki səfirliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli, turizm əhəmiyyətli yerlərlə tanış olacaqlar.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür