Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 10-da Moskvaya səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "24 TV" telekanalının efirində deyib.
"Biz Moskvadan rəsmi təsdiq aldıq. Mayın 10-da Moskvaya yola düşəcəyik. Səhər mənim S.Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz nazirlərin görüşündə iştirak edəcəyik (Rusiya, İran, Suriya və Türkiyə arasında Ankara və Dəməşq münasibətlərinin nizamlanmasına dair görüş -red.)", - deyə nazir bildirib.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür