Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Vladimir Zelenskiyə "CZ 75" tapancası hədiyyə edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Tviterdə paylaşım edib.
P.Pavel Ukrayna xalqının məğlubedilməzliyinin Rusiyaya ağır bir zərbə olduğunu qeyd edib:
“Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Vladimir Zelenskiyə əfsanəvi "CZ 75"i təhvil verdim. Bu silah 1975-ci ildə hazırlanıb və o zamandan etibarən bütün dünyada fəal istifadə olunur”.
Xatırladaq ki, P.Pavel də aprelin 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edib.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür