ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli danışıqların yekun raundu başlayıb.
Bu barədə cümə axşamı BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Danışıqlarda ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir.
Danışıqların əsas mövzusu sülh sazişidir.
Xatırladaq ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür