Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi məsələsi müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün Tvitter hesabında yazıb.
"İşçi Qrupun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması münasibətlərimizin hərtərəfli inkişafına töhfə verəcək”, - deyə nazir əlavə edib.
P. Şahbazovun sözlərinə görə, İşçi Qrupun ilk iclası siyasi münasibətlərimizin ticari-iqtisadi əməkdaşlıqlarla möhkəmləndirilməsi baxımından məhsuldar oldu.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür