Mayın 4-də Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi olub.
BUTA.TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verib.
Bildirilib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Diqqətə çatdırılıb ki, 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.
Sonra Prezident İlham Əliyev otel kompleksinin təməlini qoyub.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür