Ukrayna PUA-sının Kremlə qədər 600-700 kilometr məsafə qət etməsi Rusiya üçün ölümə bərabərdir. Ötən il Rusiya Müdafiə Nazirliyinin binasının başına “Pantsir-S1” özüyeriyən zenit-raket sistemləri yerləşdirdi ki, binanı müdafiə etsin. Kreml o şəkildə müdafiə olunursa, vay o dövlətin halına. Əgər bir ölkənin prezidentinin oturduğu yer qoruna bilmirsə, bu, rüsvayçılıqdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ötən gün Kremlin vurulması ilə bağlı danışarkən deyib.
O iddia edib ki, bu, Rusiyanın özü tərəfindən təşkil olunmuş şoudur:
“Rusiyanın bu əməli məhz daxili auditoriyanı canlandırmaq üçün düşünülən uğursuz addım idi. Bu addımın heç bir perspektivi yoxdur. Bu sadəcə Ukrayna əks-hücum əməliyyatına başlayacaq deyə, dünya dövlətlərinin onu bu fikirdən daşındırması üçündür. Vəziyyət dünən axşamdan qarışıb. Rusiya guya nüvə silahından istifadə edəcək deyə məlumatlar yayılmışdı. Gördüyünüz kimi, heç nə olmadı və heç nə də olan deyil. Çünki Rusiya artıq taqətdən düşmüş bir vəziyyətdədir. Onun bu oyunları da ölkənin necə gücsüz duruma düşməsinin göstəricisidir”.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür