Rusiyanın Leninqrad vilayətində dronlardan istifadə qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko şəxsi Teleqram kanalında məlumat verib.
“Yaxın gələcəkdə daxili işlər nazirliyi və Rusiya Qvardiyası bölmələrini razılaşdırılmamış uçuşlar həyata keçirən dronların məcburi enməsi üçün avadanlıqla təchiz edəcəyik”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Kremlə edilən dron hücumundan sonra Moskvada PUA-ların uçuşuna qadağa qoyulub.
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq