Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
BUTA.TV xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, səkkizdəbir finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq