G7 ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Yaponiyanın Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilib.
Sənəddə göstərilən 5 prinsip bunlardır: qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət.
“Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - bəyanatda bildirilib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
İclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, “ChatGPT” çat botunun populyarlığının artması ilə bağlıdır. Bununla əlaqədar olaraq, G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.
Amerikanın “OpenAİ” şirkətinin “ChatGPT” proqramı 2022-ci ilin sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır. “Çatbot” əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yanlışlara etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər. Xidmətin imkanları ictimaiyyətin diqqətini cəlb edib. Yenilik müxtəlif ölkələrdə tələbələr tərəfindən imtahan vermək və akademik məqalələr hazırlamaq üçün istifadə edildikdən sonra tənqid edilib.
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi