Şəki rayonunda yol qəzasına düşmüş qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Qudula kənd sakini Telman İsaqov Çələbixan qəsəbəsi ərazisində VAZ-21 099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə sürücü və sərnişin Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar. Hadisəni eşidən T.İsaqovun qohumu, Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Vüqar Sabir oğlu Mülayimov “Opel” markalı avtomobillə onların köməyinə yollanıb.
Lakin S.Mülayimov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Hər iki yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.
- Beynəlxalq ekspertlər qəzanı araşdırmağa başladılar
- Bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı
- "Bild" pilotlarımızın qəhrəmanlığından yazdı
- Putin yenidən İlham Əliyevə zəng etdi - Təcili
- Kadırov azərbaycanlıları hədələyir? Feyk yayıldı - Video
- Ömrümün axırına kimi onunla fəxr edəcəm - Hökumənin qardaşı
- ABŞ-dan inanılmaz: Zurabişvilini “tanımağa” hazırlaşır
- Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident