Bu, çox gülməli, beynəlxalq hüquqdan başı çıxmayan insanın səsləndirdiyi fikirlərdir. O, nəyin əsasında Azərbaycana sanksiyalar tətbiq edilməsini, hətta Qarabağdakı 20 min erməninin “müstəqilliyi”nin tanınması haqqında iddialar irəli sürür?! ABŞ, beynəlxalq təşkilatlar, dünya dövlətləri, o cümlədən Ermənistan da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu ərazilər üzərində suverenliyini qəbul edir. Sülhyaratma prosesinin əsasında da bu dayanır.
Bu sözləri BUTA.TV-a ABŞ Nümayəndələr Palatasının demokrat konqresmeni Adam Şiffin Qarabağda məskunlaşan erməni icmasının “müstəqilliyi”nin tanınması ilə bağlı hazırladığı qanun layihəsi haqda açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ABŞ kimi nəhəng dövlət bölgədə baş verənlərdən tam məlumatlıdır:
“Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu da qəbul edirlər. Biz sərhədlərimizdə sərhəd-buraxılış məntəqəsi yaratmışıq. Hər bir dövlət onun ərazisinə kimin gəlib-getdiyini, nələrin daşındığını bilməli və buna nəzarət etməlidir. Milli təhlükəsizlik sistemi və dövlətin təhlükəsizliyi birbaşa bununla bağlıdır”.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Politoloqun sözlərinə görə, Azərbaycanın əraziləri üzərində suverenliyini tamamlamaq üzrədir:
“Həlledici addımlardan biri də Ermənistanla sərhəddə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması oldu. Ermənistan bundan bir neçə gün əvvəl onunla üzbəüz özünün sərhəd-keçid məntəqəsini açmışdı. Yəni bütün işlər sinxron gedir.
Bir sözlə, Adam Şiffin “layihəsi” heç bir perspektivi olmayan, əvvəlcədən ölümə məhkum olan bir ideyadır. Bu, ABŞ-ın xarici siyasətinə də ciddi maneə yaradır”.
Qeyd edək ki, amerikalı demokrat konqresmen Adam Şiff erməni lobbisinin ən fəal üzvlərindən biridir. Onun erməni icmasının “müstəqilliyini tanımaqla” bağlı layihəsinə bu gün baxılacaq.
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü