“Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Bloqerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb”.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
“Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir”, – deyə deputat əlavə edib. Millət vəkili Razi Nurullayev də Vahid Əhmədovu tənqid edib: “Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm. O tərbiyəsiz şəxs bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi. Bu, açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”.
“Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də edirəm”.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib.
“İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışların da hansı mövqedə olduğu bəllidir. Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam”, – deyə deputat vurğulayıb.
Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.
Bir neçə gün əvvəl V.Əhmədov bloqer Mehman Hüseynova müsahibə verib. O, müsahibəsində parlamentdə və cəmiyyətdə bir sıra neqativ hesab etdiyi hallara toxunub.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video