Azərbaycana hərbi yardımın göstərilməsi təkcə ABŞ-ın milli təhlükəsizlik maraqlarına xələl gətirmir, həm də “erməni soyqırımı” qurbanlarının xatirəsini ehtiramla yad etmək və tarixin təkrarlanmasının qarşısını almaq öhdəliyimizə ziddir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Konqresdə qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Menendez yalnız Türkiyənin yazıçı və tarixçilərini “təqib etmək”lə “erməni soyqırımı həqiqətlərini” gizlətməsi deyil, eyni zamanda Azərbaycanın “artsax” ermənilərini “qeyri-qanuni blokadada” saxlamasına görə çox iş görülməli olduğunu vurğulayıb.
Ermənipərəst senator Azərbaycan hərbçilərinin silahsız erməni əsgərlərinə “işgəncə verməsini” nəzərə alaraq, Vaşinqtonun Bakıya hərbi və digər sahələrdə dəstəyini qəbuledilməz adlandırıb.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Qeyd edək ki, bu sözləri deyərkən, Menendez qatı duman səbəbindən azaraq Ermənistana keçən azərbaycanlı əsgər Hüseyn Axundovun saxlanılarkən dəhşətli işgəncəyə məruz qalması görüntülərindən qətiyyən utanmayıb.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video