İrəvan Kremldən üz döndərdikdən sonra postsovet məkanında sözün əsl mənasında təsirini itirməkdə olan Rusiya üçün çox qorxulu mənzərə yarandı. Hazırda Kreml şimal kuratorlarının əli ilə Ermənistan cəmiyyətində qorxu və panika yaradır. Onlar panika yayırlar ki, Vaşinqton İrəvanı Rusiyaya qarşı qoyur və bu, sonda ölkəmizi uçurumun kənarına qoyacaq. Kreml və onun Ermənistandakı marionetləri arqument kimi ABŞ nümayəndə heyətlərinin İrəvana tez-tez səfərlərini göstərirlər. Son iki həftə ərzində ABŞ-dan 4 nümayəndə heyəti İrəvana səfər edib, müxtəlif idarələrdə və hökumətdə ən yüksək səviyyədə görüşlər keçirib.
BUTA.TV xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Rusiyapərəstlər bundan nəticə çıxarırlar, amerikalılar Paşinyana təzyiq göstərirlər ki, o, həssas sahələrdə Rusiya ilə əməkdaşlıqdan imtina etsin və hətta antirusiya sanksiyalarına qoşulsun. Mesaj aydındır. Amma Paşinyan Sərkisyan deyil. O, Serj kimi Putinə təslim olmayacaq. Yeri gəlmişkən, KTMT haqqında. Ruslar bizi qorxudurlar ki, biz KTMT-dən çıxsaq və ya KTMT Ermənistanı tərk etsə, o zaman ölkəmiz sadəcə olaraq sağ qala bilməyəcək. Beşinci kolonun dəhşətli hekayələrinə, Moskvanın təhdidlərinə və Kremlin cəmiyyətimizdə yaratdığı xof və panikaya baxmayaraq, tamamilə Qərbə üz tuturuq”, - o bildirib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video