Ukrayna ordusunun gözlənilən əks-hücumunun ilk günü həlledici ola bilər. Bu, Ukraynada ən uzun gün olacaq.
BUTA.TV xəbər verir ki, bunu Kibergüc və Gələcək Münaqişələr üzrə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Franz-Stefan Qadi deyib.
“İndi müzakirələrin çoxu Ukrayna qüvvələrinin nə vaxt və harada zərbə endirəcəyi, nə qədər böyük hücum qüvvəsi topladığı və Qərbin yeni silahlarının əks-hücuma necə təsir edəcəyi ətrafında gedir. Çətin ki, Ukraynanın ali komandanlığından başqa kimsə Kiyevin döyüş meydanında atəş gücü, döyüş sursatı, qoşun sayı və maddi-texniki təchizat baxımından həlledici üstünlüyə malik olub-olmadığını bilsin”, - Qadi bildirib.
Onun sözlərinə görə, əgər Ukrayna ordusu Rusiya hərbi rəhbərliyini iflic edə və rus hərbçilərini panikaya sala bilsə, əks-hücum əməliyyatı uğurlu olacaq:
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“Rusiya əsgərləri güclü müqavimət göstərmədən qaçmağa başlasalar, Ukraynanın böyük uğur şansı olacaq. İlk 24 saat ərzində əks-hücum zamanı taktiki sürprizlər, döyüş meydanında liderlik və ruh yüksəkliyi də həlledici rol oynayacaq”.
Onun ssenarisinə görə, Ukraynanın zirehli tank kolonları Rusiyanın eşelonlaşdırılmış müdafiəsini yaracaq, sürətlə Rusiyanın arxa tərəfinə keçəcək və hərbi qərargahlar, təchizat mərkəzləri kimi komanda və idarəetmə qovşaqlarını təhdid edərək çaxnaşmanı artıracaq.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video